Healpro
У компании нет отзывов
Награды компании 0 наград из 3

Отзывы сотрудников о компании Healpro

Об этой компании ещё нет ни одного отзыва
Ваш отзыв может стать первым!
Оставить отзыв

Представитель компании? Вы можете попросить своих сотрудников поддержать вас и оставить честный отзыв о компании.

Запросить отзывы

Healpro şirkəti  2018-ci ildə Bakıda yaradılan əczaçılıq şirkətidir. Şirkətimizin məhsul portfeli sağlamlıq məhsullarından, dərmanlardan, qida əlavələrindən, tibbi vasitələrdən, kosmetikadan və xüsusi məqsədlər üçün istifadə olunan qidalardan ibarətdir. Şirkətimizin məhsulları Azərbaycanın bütün regionlarında olan apteklərində satılır.

Yüksək ixtisaslı kadrlardan ibarət olan komandamız gündəlik inkişaf, araşdırma, satış və marketinq fəaliyyətlərinin prinsiplərinə ciddi qaydada riayət edir. Məqsədimiz Azərbaycanın əczaçılıq sahəsində ən qabaqcıl əczaçılıq şirkəti olmaq və mövcud olan əczaçılıq sahəsinə yeniliklər gətirməkdir. Bunun üçün, şirkət olaraq tərəfdaşlarımızı diqqətlə seçirik və dünyanın aparıcı şirkətləri ilə işləyirik.

Healpro şirkəti Bakıda və regionlarda keçirilən bir çox konfransların və tədbirlərin təşkil olunmasında iştirak edir. “Mütəmadi inkişaf” şüarını əsas tutaraq şirkətimiz bir çox həkim-mütəxəssislərin ölkədə və ölkədən kənar keçirilən elmi-tibbi konfranslarda iştirak etməsi üçün bütün şəraiti yaradır. Bundan başqa, satış və marketing fəaliyyəti ilə ciddi məşğul olan komandamız əldə olunan yeniliklərin və biliklərin həkimlərə, əczaçılara daim çatdırılması istiqamətində çalışır. Televiziya ilə sıx əməkdaşlığımızın olması isə məhsullarımız haqqında məlumatların kütləvi şəkildə əhaliyə çatdırılması üçün bir fürsətdir.

Portfelimizə daxil olan hər bir məhsula indiviudal yanaşma uğurumuzun əsas səbəbidir. Məhsul haqqında ərtaflı araşdırma və elmi məlumatlar, mütəmadi olaraq aparılan marketinq çalışmaları əsasında planlı çalışmaq is prinsipimizdir. Healpro şirkəti insanların sağlamlığını qorumaq və yaxşılaşdırmaq üçün daim yeniliklər axtarışında olan, inkişaf edən şirkət olub, sağlamlıq sektorunda çox sürətlə böyüyür.

Xidmətimizin ən önəmli ünsürü insanların məhsullarımızdan fayda əldə etməsi və bu fayda əsasında yaranan güvən ilə onların daimi məmnuniyyətini,etibarını qazanmaqdır. Məhz bu yolda şirkətimiz “Faydadan doğan güvən” şüarı altında irəli getməyi hədəfləməkdədir. Bunun üçün həm komandamız, həm partnyorlarımız, həm də müştərilərimiz ilə birlikdə davamlı inkişaf yollarının axtarışındayıq.

Şirkətimiz yüksək keyfiyyət, effektivlik, davamlılıq və məəssuliyyət standartlarını əsas tutaraq partnyorlarımız ilə sıx əməkdaşlıq qurmaqdadır. Healpro şirkəti iş ortaqları ilə münasibətdə hər zaman etik dəyərlərə sadiq qalaraq, uzunmüddətli və məhsuldar əməkdaşlığı hədəfləyir. İş ortaqlarımızın seçimində keyfiyyət və doğru qiymət nisbətinin uyğun olması əsas meyardır.

Healpro şirkətinin daim yenilənən və böyüyən məhsul portfeli ilə sadəcə Azərbaycan hüdudlarında deyil, gələcəkdə Azərbaycandan kənarda da əczaçılıq sektoruna daxil olmağı hədəfləyir.

Healpro şirkətinin məhsul çeşidi həm resept preparatları əsasında həm də reseptsiz (OTC) məhsulları və qida əlavələrindən ibarətdir.

 

Missiyamız- Bizim missiyamız innovativ formullar tapmaq,  həkimlərə,  xəstələrə təhlükəsiz və effektiv məhsullar təklif etməkdir.

Vizyonumuz- İnsan həyat keyfiyyətlərini  yaxşılaşdırmaq üçün ən etibarlı sağlamlıq məhsulları təchizatçısı olmaq niyyətindəyik.

Dəyərlərimiz – Sağlamlıq bizim üçün önəmlidir.

Похожие компании в отрасли
Аптечная сеть 36,6
3,6
447 отзывов
Аптеки ВИТА
3,5
762 отзыва
Поиск Вакансии Ваш отзыв Зарплаты Сравнить