Работа в Prosys MMC
У компании нет отзывов
Оставить отзыв

Отзывы сотрудников о компании Prosys MMC

Об этой компании ещё нет ни одного отзыва
Ваш отзыв может стать первым!
Оставить отзыв

Представитель компании? Вы можете попросить своих сотрудников поддержать вас и оставить честный отзыв о компании.

Запросить отзывы
Keyfiyyət, etibarlılıq və xidmət səviyyəsinin yüksəldilməsi şirkətimizin əsas meyarlarındandır.
2010-cu ilin mart ayında yaranmış ProSys şirkəti informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmışdır. ProSys şirkəti informasiya və kommunikasiya texnologiyaları üzrə avadanlıqları, proqram təminatlarını və əlaqədar xidmətlərin satışını təşkil və təmin edir. İnformasiya və kommunikasiya texnologiyalarına aid layihələrin texniki şərtnamələrinin hazırlanması, idarə olunması, tətbiqini və sənədləşdirilməsini həyata keçirir. Biz müştərilərimizlə işləyən zaman sadəcə avadanlığın alqı-satqısının təmin edilməsinə deyil, əlavə xidmət göstərilməsinə diqqət yetirərək, şirkətimizin fərqlənməsini istəyirik. Şirkətimizdə xarici ölkələrdə İKT sahəsində qabaqcıl şirkətlərdə təcrübə qazanmış, xarici ölkələrdə İKT sahəsində idarəetmə vəzifələrində işləmiş, respublika və beynəlxalq səviyyədə qəbul görmüş kompleks həlləri olan layihələrin idarə edilməsində iştirak etmiş, beynəlxalq sertifikatlara sahib mütəxəssislər çalışmaqdadır. O cümlədən, mütəxəssislərimiz, proqram təminatı, telekommunikasiya, lokal və qlobal şəbəkə, informasiya təhlükəsizliyi və server avadanlıqlarının quraşdırılması üzrə layihələrin idarəedilməsinı həyata keçirmişlər.