Отзывы сотрудников о компании FLEX
Представитель компании? Вы можете попросить своих сотрудников поддержать вас и оставить честный отзыв о компании.
Запросить отзывыAzərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunan qaydalara müvafiq olaraq təsis edilmiş “FLEX” MMC şirkəti 2019-cu ildən etibarən öz müştərilərinə informasiya texnologiyaları, təhlükəsizlik və telekommunikasiya sahəsində xidmət göstərməyə başlamışdır.
Əsas fəaliyyət istiqaməti olaraq İT (informasiya texnologiyaları) sahəsi və eləcə də təhlükəsizlik avadanlıqlarının satışı, quraşdırılması və texnik dəstək göstərilməsi, web səhifələrin, biznes idarəetmə sistemlərinin və müxtəlif proqram təminatlarının qurulması, tətbiqi və texniki dəstək göstərilməsi, ümumilikdə bu sahələrlə əlaqədar multi fəaliyyət profili müəyyən edilmişdir.
Müasir dövrdə ölkəmizdə gedən innovativ reformasiya islahatlarını çox yaxından izləməyə çalışan “FLEX” MMC Azərbaycan Respublikasının qədəm qoyduğu bu inkişaf proseslərinə öz töhvəsini verməklə gələcəkdə dünya bazarına meydan oxuya biləcək bir şirkətə çevrilməyi özünə hədəf seçmişdir. Bu məqsədlərə çatmaq üçün, sözü gedən sahələrdə artıq öz sözünü demiş qabaqcıl şirkətlərin bilik və bacarıqlarıdan, onların uzun illər ərzində əldə etdikləri təcrübələrdən yararlanmaq üçün bir sıra əcnəbi şirkətlərlə əməkdaşlıq əlaqələri qurulmuşdur.
Qısa bir vaxt ərzində fəaliyyətə başlamağına baxmayaraq, şirkətimiz bu sahədə bir sıra uğurlu layihələrə imza atmışdır.
Əsas üstünlüyü müasir texnologiyaların tətbiqi olan şirkətimiz fərdi yanaşma əsasında hər bir müştərisinə individual yanaşaraq çevik və yüksək keyfiyyətli xidmət təqdim etməklə, eyni zamanda müştəri məmnuniyyətini təmin etməyi özünə əsas məqsəd müəyyən etmişdir. Şirkət qarşısında duran əsas hədəf və məqsədlərinə nail olmaq üçün təqdim olunan xidmətlər sahəsində aşağıda qeyd olunan fərqlilikləri yaratmaqla müştərilərinə yüksək ixtisaslı peşəkarlarla xidmət göstərir.
Информация о FLEX
О корпоративной культуре в компанииСайт: http://flex.az
Категория: Информационные технологии, системная интеграция, интернет