Отзывы сотрудников о компании Bank BTB
Представитель компании? Вы можете попросить своих сотрудников поддержать вас и оставить честный отзыв о компании.
Запросить отзывыЧасто задаваемые вопросы о работе в компании Bank BTB
Bank "BTB" 2010-cu ildə yaradılmışdır (lisenziya № 254), universal kredit-maliyyə təşkilatı olaraq, bank xidmətlərinin tam spektrini təqdim etməkdədir, o cümlədən, korporativ müştərilərə, fiziki şəxslərə bank xidmətləri göstərir, habelə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron yarımadasında yaşayan fiziki şəxslərə kreditlərin verilməsini həyata keçirir.
Bizim əsas üstünlüklər
Dəqiq müəyyən edilmiş məqsədə xidmət edən strategiyanın icrası Banka imkan vermişdir ki, bazarda hazırkı kəskin rəqabət şəraitində belə, biz imkanlarımız və topladığımız təcrübənin səmərəli istifadəsi hesabına potensialımızı tam gerçəkləşdirə bilək.
Bankın rəqabətə dözümlüyünə xidmət edən əsas amillər sırasına aşağıda qeyd olunanlar daxildir:
• Güclü idarəçilik komandası;
• Yerli bazar miqyasında kifayət qədər güclü müştəri portfeli;
• Əsas müştəri qrupları (iri və orta korporativ müştərilər, fiziki şəxslərin premium seqmenti, korporativ müştərilərin işçiləri) üzrə xidmətlərə
münasibətdə mütərəqqi səriştə;
• Xərclərin səmərəli idarə olunması sistemi və Bankın fəaliyyətində filiallar şəbəkəsinin yüksək payı hesabına regional inkişafa münasibətdə
tarazlaşdırılmış siyasətin həyata keçirilməsi;
• Risklərin idarə olunması sisteminin yüksək reytinqi;
• Xarici maliyyə bazarlarından nisbətən aşağı asılılıq, diversifikasiya edilmiş resurslar bazası.
Bir qayda olaraq, Bank "BTB" aktivlərin yüksək keyfiyyətinin təmin edilməsi, risklərin və xərclərin səmərəli idarə olunmasına böyük diqqət yetirir.
Missiya və məramımız
Bank "BTB"-nin bütün əməkdaşlarının iştirakı ilə, brend üçün platforma yaradılmışdır:
Brendin vədləri:
• Rahat xidmət
• Çevik yanaşma
• Sadə həllər
• Hörmətlə rəftar.
Brendin vədlərə əsaslanan məramı:
• Müştərinin Bank ilə əməkdaşlığının hər zaman rahat olmasına çalışmaq.
• Sadə və sərfəli olan, anlaşılan bank məhsul və xidmətlərinin təklif edilməsi.
• Hər zaman, hər bir Müştəriyə münasibətdə hörmətlə rəftar edilməsi.