Отзывы сотрудников о компании Atəşgah Sığorta Şirkəti
Представитель компании? Вы можете попросить своих сотрудников поддержать вас и оставить честный отзыв о компании.
Запросить отзывыЧасто задаваемые вопросы о работе в компании Atəşgah Sığorta Şirkəti
“Atəşgah” sığorta şirkəti 1996 - cı ilin sonunda yaranmışdır, 1997-ci ildə isə sığorta fəaliyyəti göstərmək üçün lisenziya almışdır.
2001-ci ildən başlayaraq “Atəşgah” sığorta şirkəti Azərbaycanın sığorta bazarının liderlərindən biridir.
Şirkətin təsisçiləri tərəfindən qəbul edilmiş strategiyaya uyğun olaraq, 2009-cu ildə Atəşgah” sığorta və “Atəşgah Həyat” sığorta şirkəti Sığorta Şirkətləri Qrupu altında birləşmişlər. “Atəşgah” sığorta şirkəti əmlak sığorta növləri, “Atəşgah Həyat” sığorta şirkəti isə həyat sığortasının inkişafı üzrə xüsusi sığorta xidmətləri üzrə ixtisaslaşmışdır. “Atəşgah Həyat” Azərbaycanda həyat sığortası üzrə ixtisaslaşan birinci şirkətdir.
Bu gün “Atəşgah” sığorta şirkəti, avtomobilin könüllü sığortası, vətəndaşların əmlakının yanğın və digər risklərdən sığortası, yüklərin sığortası, məsuliyyət sığortası və digər növ əmlak sığortalarına böyük diqqət göstərir.
Həmçinin şirkətin fəaliyyətində tibbi sığorta, bədbəxt hadisələrdən sığorta ön sıraları tutmağa başlamışdır. Bununla yanaşı olaraq, “Atəşgah” sığorta şirkəti yerüstü və dəniz neftqaz əməliyyatlarının axtarışı və işlənib hazırlanması ilə bağlı olan enerji risklərindən dünya standartlarına uyğun olan sığorta xidmətləri təqdim edən sığorta şirkətidir.
Bizim uğurumuzu təmin edən əsas amillər:
- Müştərinin tələblərinə hörmətlə yanaşmaqla, onların ümidlərini artıqlanması ilə doğrultmağa çalışmaq
- Bazarın tələbatının öyrənilməsi yolu ilə yeni növ sığorta xidmətlərinin müəyyən edilərək hazırlanması, onların sığorta bazarında təqdim edilməsi
- Keyfiyyətin idarə edilməsi sisteminin fəaliyyəti və təkmilləşdirilməsi ilə əlaqədər işlərin təşkilini, idarə edilməsini və nəzarəti Şirkət rəhbərliyi öz üzərinə götürməsi
- Əsas prinsip: İşçilər «Atəşgah» Sığorta Şirkətinin qiymətli aktivləridir. Bütün əməkdaşların göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına lazım olan, ixtisasların artırılmasına və yaradıcılıq potensialının aşkarlanmasına imkan verən lazımı iş şəraiti ilə təmin olunması
- «Atəşgah» Sığorta Şirkətinin fəaliyyətinin mükəmməlləşdirilməsinə və xidmət keyfiyyətinin artırılmasında iştirak edən bütün əməkdaşların stimullaşdırılması və həvəsləndirilməsi.
- Yeni biznes proseslərin hazırlanması və mövcud olanların daim təkmilləşdirilməsi
- Ölkə əhalisi arasında sığorta xidmətlərinin geniş yayılmasına və əhalinin sığorta mədəniyyətinin artırılmasına yönəldilən dövlət və ictimai tədbirlərdə iştirak etmək
- Şirkətin xərclərinin və əldə edilən əmtəə və xidmətlərinin keyfiyyətinin optimallaşdırılmasına imkan yaradan təchizatçıların seçilməsi.
- Şirkətin mövcud keyfiyyətin idarə edilməsi sistemi çərçivəsində əldə olunmuş nəticələrin müəyyən edilməsi və təsdiq olunmuş faktlar əsasında qərarların qəbul edilmısi.
Информация о Atəşgah Sığorta Şirkəti
О корпоративной культуре в компанииСайт: http://www.ateshgah.com
Категория: Финансовый сектор